Koronavirusa qarşı peyvənd bu xəstəlikləri yaradırmış: Təzminat ödəniləcək

Koronavirusa qarşı peyvənd bu xəstəlikləri yaradırmış: Təzminat ödəniləcək<span class="qirmizi"></span>

Koronavirusa qarşı vaksinlərin yaratdığı yan təsirlərə görə Almaniyada 253 nəfər təzminat alacaq.

Publika.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, Almaniyada koronavirusa qarşı vaksinlərin yaratdığı ağır yan təsirlərə görə edilən təzminat müraciətlərindən 253-ün haqqında müsbət qərar verilib.

Bildirilir ki, hələ minlərlə ərizə isə öz təsdiqini gözləyir.

Qeyd edilir ki, ürək-damar əzələlərinin iltihabı, venoz sinus trombozu və bir sıra sinir xəstəlikləri koronavirus peyvəndinin ciddi yan təsirləri hesab olunur.

Mənbə: publika.az