18 ildir “kişi” kimi yaşayır...- VİDEO

18 ildir “kişi” kimi yaşayır...- VİDEO<span class="qirmizi"></span>

İmişli rayon sakini Bulqeyst Əhmədova adlı qadın şəxsiyyət vəsiqəsi ilə bağlı problem yaşayır.

“Qafqazinfo” ATV-yə istinadən xəbər verir ki, adıçəkilən qadının şəxsiyyət vəsiqəsində cinsi “kişi” yazılıb.

Bundan başqa onun adı şəxsiyyətini təsdiq edən sənəddə Əhmədov Bulqeys Cəmil oğlu göstərilib.

8 övladı olan qadın 2015-ci ildə şəxsiyyət vəsiqəsini yeniləmək üçün İmişli rayon Polis Bölməsinə müraciət edib. Şəxsiyyət vəsiqəsi hazır olanda isə maraqlı durumla qarşılaşıb. Qadının vəsiqəsinin dəyişdirilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur ki, ailə üzvləri də onu tapa bilmirlər.

Mövzu ilə bağlı hazırlanmış süjeti təqdim edirik:

Mənbə: qafqazinfo.az