25 hamilə qadın həkimlərdən Putinə ŞİKAYƏT ETDİ

25 hamilə qadın həkimlərdən Putinə ŞİKAYƏT ETDİ<span class="qirmizi"></span>

Kurqanda 25 qadın Rusiya prezidenti Vladimir Putinə yerli həkimlərdən şikayət edərək onları hamiləlik və doğuş zamanı keyfiyyətsiz tibbi xidmət göstərməkdə ittiham edib.

Publika.az xəbər verir ki, bu barədə Ura.ru -ya övladı ölü doğulan Anastasiya Lukinıx məlumat verib.

Qadının sözlərinə görə, 25 rusiyalının hamısı 2019-2022-ci illər arasında təsirlənib:

"Bir çox qadınlar hüquq-mühafizə orqanlarına müraciət ediblər, lakin həkimlərə qarşı cinayət işi açılmayıb. Müraciətlərimizin cavabsız qalacağından və günahkarların cəzasız qalacağından qorxuruq, ona görə də prezident administrasiyasına yazdıq", - Lukinix bildirib.

O əlavə edib ki, qadınlarla üç vəkil işləyir və bəziləri artıq məhkəməyə müraciət ediblər. İndi onlar qrup şəklində məhkəməyə müraciətin hazırlanması üzərində işləyirlər.

Kurqan vilayətinin Səhiyyə İdarəsi vəziyyətə reaksiya verib. Şöbə müdiri Aleksey Sigidayev bildirib ki, prezidentə şikayət edilən bütün hallar yoxlanılacaq.

O, rəsmi yoxlamanın nəticələri ilə müəyyən edilmiş bütün günahkarların cəzalandırılacağına əmin edib. Onun sözlərinə görə, dölün ölümü ilə bağlı hər bir hadisəyə idarənin nəzdində yaradılan komissiya baxır.

Hüseyn İbadlı

Mənbə: publika.az