Ürəyi trombdan qorumaq qoz yeyin – Həkim

Ürəyi trombdan qorumaq qoz yeyin – Həkim<span class="qirmizi"></span>

Hər gün bir miqdar qoz, badam yeyənlərdə ürəkdən ölüm riski xeyli azalmış olur.

“Medicina” xəbər verir ki, bu barədə dietoloq Liza Afinskaya məlumat verib.

O bildirib ki, qoz ürək üçün ən vacib sağlıqlı qidadır.

“Qozda, çərəzlərdə pis xolesterini azaldan, yaxşını artıran xüsusi faydalı yağlar var. Müntəzəm olaraq hər gün 20-30 qram qoz yemək ürək tutması riskini və ürəkdən ölümü 50% azaldır.

Qozda olan kaliy, E vitamini və B9 ürək əzələsini qidalandırır.

Eləcə də qozda arqinin adlı amin turşusu var. Argininin təsiri altında orqanizmdə oksid azot hasil olur, bu da damarları rahatladır, qan dövranını artırır.

Belə halda insan tromb yaranmasından çox yaxşı müdafiə olunur.

Dibaetlərə də qoz vacibdir. Qoz yeyənlərdə öd daşı əmələ gəlmir.

Uşaqlara 5 yaşından qoz vermək olar, yaşlılar isə gündə 8-10 ədəd yeyə bilər”.

Aygün Musayeva

Mənbə: www.medicina.az