Dərman qıtlığına səbəb: Hindistan və Çinin xammala məhdudiyyət qoyub

Dərman qıtlığına səbəb:  Hindistan və Çinin xammala məhdudiyyət qoyub<span class="qirmizi"></span>

Yunanıstan və İtaliyadakı əczaçıların fikrincə, Avropada dərman böhranın yaşanmasına səbəb Çin və Hindistandan xam maddənin ixracının məhdudiyyət qoyulması, Rusiya-Ukrayna müharibəsinin qiymətlərə təsir etməsidir. Yunanıstanın Attiki Bölgəsi Əczaçılar Assosiasiyasının prezidenti Konstandinos Lurandos və İtaliya Əczaçılar Federasiyasının prezidenti Andrea Mandelli Avropa ölkələrində davam edən dərman təminatı problemini, xüsusilə antibiotiklər, uşaqlar üçün öskürək siropu, qızdırma salan dərmanlar və təzyiq dərmanlarının tapılmaması problemini dəyərləndiriblər.

Lurandos Avropada dərman qıtlığının əsas səbəbinin parasetamol və amoksisillin kimi xammal maddələrin tapılmasındakı çətinliklər olduğuna diqqət çəkib.

"Xammal olmadan dərman istehsal oluna bilməz. Bunlar isə Hindistan və Çində istehsal olunur. Bu ölkələrin hökumətləri öz əhalisinin ehtiyaclarını qarşılamaq üçün satışın müəyyən hissəsini dondurublar".

Qeyd edək ki, Azərbaycanda bir sıra dərmanlar, xüsusilə uşaqlar üçün qızdırma salan siroplar uzun müddətdir tapılmır.

Aytən Zəhra







 

Mənbə: azvision.az