Dildə bu dəyişikliklər koronavirusa işarə edir

Dildə bu dəyişikliklər koronavirusa işarə edir<span class="qirmizi"></span>

Britaniyalı epidemioloq Tim Spektor koronavirus xəstələrində tez-tez təsadüf edilən simptomun şəklini dərc edib. Söhbət dildə olan dəyişikliklərdən gedir.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, həkimin müşahidələrinə görə, xəstələrin bir çoxunda dilin üzərində sarı ərp əmələ gəlir. Həmçinin həkim bildirib ki, xəstələrin ağız boşluğunda tez-tez yaralar yaranır.

Tim Spektor bildirib ki, koronavirus çox hiyləgər xəstəlikdir və özünü müxtəlif və çoxsaylı simptomlarla büruzə verir.

Mənbə: news.milli.az