“Rezidentura” xüsusi buraxılışının birinci nömrəsi nəşr edilib

“Rezidentura” xüsusi buraxılışının birinci nömrəsi nəşr edilib<span class="qirmizi"></span>

Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu nömrədə Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seçimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlaının izahı və tövsiyələr, test tapşırığı nümunələri və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Nəşri "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Mənbə: azertag.az