Ev tikdirmək istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - 110 manat UCUZLAŞDI

Ev tikdirmək istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - 110 manat UCUZLAŞDI<span class="qirmizi"></span>

Azərbaycanda taxta bazarında durğunluq yaşanır. Belə ki, ötən ilin iyun ayıdan başlayaraq taxtanın qiyməti aşağı düşməkdədir.

BAKU.WS xəbər verir ki, qiymətlərin ucuzlaşması təmir planlaşdıran vətəndaşları sevindirməyə bilməz.

Rəsmi rəqəmlərə görə, ötən ayla müqayisədə kəsilmiş taxtanın bir kubmetrinin qiyməti 10 manat ucuzlaşıb. Hazırda bu rəqəm 432 manat təşkil edir. Noyabr ayında qiymət 441 manat olub.

Tikinti bazarlarında real rəqəmlər isə daha aşağıdır. Belə ki, bazarda taxtanı 300-320 manata almaq mümkündür. Bu isə rəsmi rəqəmlərdə göstərilən məbləğdən 110 manat ucuzdur.

Yanvar-fevral aylarında taxtanın ucuzlaşması həm də alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirilir.

Qeyd edək ki, taxta materialları daha çox Rusiyadan idxal olunur. Azərbaycanın logistik imkanlarının açıq olması Rusiyadan ölkəmizə taxta ixracında heç bir problem yaşanmadığını göstərir. Bu isə öz növbəsində qiymətlərin enişinə təsir edib.

Mənbə: baku.ws