Şəhid övladlarından Polad Həşimovun anasına hədiyyə - VİDEO

Şəhidlərin gənc övladları Gənclər Günü münasibətilə Polad Həşimovun anası Səmayə xanıma hədiyyə təqdim ediblər. Onların bu ideyası təsadüfi deyildi: Belə ki, şəkildəki hər iki şəxsiyyət - Ali Baş Komandan İlham Əliyev və general Polad Həşimov gənclərin idealına çevrilib.
İncəliklə düşünülmüş hədiyyə qarşında Səmayə ana bu sözləri deyib: "Mənim oğlum Polad Ali Baş Komandana həmişə sadiq olub. Vətəni, torpağını canından çox sevib. Sizin kimi gənclərdən belə bir hədiyyəni almaq məni çox duyğulandırdı".
 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Beynəlxalq təşkilat regionda yeni qarşıdurmanın anonsunu verdi - VİDEO

SONRAKI XƏBƏR

Yaşanan dərman qıtlığının səbəbi nədir? - VİDEO