Paytaxtda böyük söküntü başlayır - Neçə bina söküləcək və nə qədər ailə köçürüləcək?

Bakıda ilkin mərhələdə söküləcək binaların sayı məlum olub.

BAKU.WS-in əldə etdiyi məlumata görə, 200-dək ailənin yaşadığı bu binaların sayı 900-dən minədəkdir.

Bununla bağlı xüsusi proqram da hazırlanıb. Söküntünün əhatə edəcəyi ərazilər əsasən paytaxtın Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail və digər rayonların ərazilərinə düşür.

İlkin mərhələdə köçürüləcək 200-dək ailənin Sovet dövründə ucaldılmış tikililərdə yaşadığı bildirilir. Söküləcək tikililər arasında həm fərdi evlər, həm 5, həm də doqquzmərtəbəli binalar olacaq.

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Ermənistandakı Rusiya səfiri sərhədimizə gəldi

SONRAKI XƏBƏR

İranda ifadəyə çağırılan azərbaycanlı musiqiçinin həbs olunduğu ortaya çıxıb