Məşhur aktrisadan yardım HARAYI

Məşhur aktrisadan yardım HARAYI<span class="qirmizi"></span>

Məşhur aktrisa Başak Gümülcinelioğlu Hatayda yaşayan anasından xəbər ala bilmir.

Publika.az xəbər verir ki, tanınmış aktrisa bu barədə sosial media hesablarından məlumat yayıb. O, bildirib ki, anası Hatayın Antakya Sümerler məhəlləsində yaşayır.

"Heç bir xəbər ala bilmirik Görən və ya eşidən varsa, mənə xəbər versin" deyərək aktrisa AFAD-dan kömək istəyib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2 323 nəfər yaralanıb. 1 710 bina dağılıb.

Mənbə: publika.az