Məşhur karqo şirkəti zəlzələ bölgəsinə yardımları pulsuz daşıyacaq

Məşhur karqo şirkəti zəlzələ bölgəsinə yardımları pulsuz daşıyacaq<span class="qirmizi"></span>

“Turkish Cargo” zəlzələ bölgəsinə yardımları pulsuz daşıyacaq.

Publika.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, "Türk Hava Yolları" (THY) şirkətinin yükdaşımalarla məşğul olan törəməsi “Turkish Cargo” şirkәti zəlzələ bölgəsinə göndərilən bütün yardım və avadanlıqları pulsuz daşıyacağını açıqlayıb.

Şirkətin xaricdən gələcək yardım ləvazimatlarını da müvafiq səfirliklərin təsdiqindən sonra zəlzələ bölgəsinə pulsuz daşıyacağı bildirilir.

 

Mənbə: publika.az