Yunanıstan Türkiyəyə yardım göndərib

Yunanıstan Türkiyəyə yardım göndərib<span class="qirmizi"></span>

Yunanıstan Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar yardım göndərib.
Xeberoxu.Az xəbər verir ki, bu barədə Yunanıstan Mülki Müdafiə Agentliyi məlumat yayıb.
"Qonşu Türkiyəyə kömək etmək üçün Yunanıstan yanğınsöndürmə xidmətinin xüsusi fəlakətlərin idarə olunması bölməsinin 21 üzvü, iki xilasedici it, bir xilasetmə maşını, 5 həkim və tibb işçisi, geoloqlar və mülki müdafiə ekspertlərindən ibarət heyət yola düşüb. Missiyanı hökumətin təbii fəlakətlərin idarə olunması təşkilatının rəhbəri də müşaiyət edir", məlumatda qeyd olunub. /// APA
 

Mənbə: xeberoxu.az