Siluanov Rusiyada dollara inamın itdiyini deyir

Siluanov Rusiyada dollara inamın itdiyini deyir<span class="qirmizi"></span>

Rusiya hesab vahidi kimi dollara inamını itirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyası Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov deyib.

Nazirin dediyinə görə, dollar indiyədək ən yüksək hesab vahidi kimi qəbul edilən “ehtiyat konvertasiya olunan valyutadır”.

“…Amma vəziyyət göstərdi ki, bu, sadəcə olaraq götürülə və ləğv edilə bilən tamamilə etibarsız bir vasitədir. Ona görə də bizim bu hesab vahidinə inamımız yoxdur. O, bizim üçün itirilib”.

Bunları deyən Siluanovun sözlərinə görə, eyni şey avro, funt-sterlinq və digərlərinə də aiddir.

Rusiya Federasiyasının Maliyyə Nazirliyi rəhbəri belə hesab edir ki, Çin koronavirus məhdudiyyətlərini aradan qaldırılmasından sonra qlobal iqtisadiyyatın yeni sürücüsü ola bilər.

 

 

Mənbə: sia.az