Salman Rüşdi sui-qəsddən sonra ilk dəfə şəklini paylaşdı

Salman Rüşdi sui-qəsddən sonra ilk dəfə şəklini paylaşıb.

Redaktor.az xəbər verir ki, o, özünün tviter hesabında fotosunu paylaşaraq yazıb:

"Nyu-Yorkda çəkilən bu şəkil çox dramatik və ağır olsa da əslində olan nədirsə elə odur".

Qeyd edək ki, bu il avqustun 12-də Salman Rüşdi Nyu-Yorkda Hadi Matarın bıçaqlı hücumuna məruz qalıb. Salman Rüşdi tədbirlərin birində məruzə söyləyərkən 24 yaşlı Nyu-Cersi sakini Hadi Matar əlində bıçaqla səhnəyə çıxaraq ona hücum edib. Hadi Matar saxlanılıb, o, sui-qəsdə cəhddə ittiham olunur.

Yazıçıya hücuma səbəb 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabı olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Polşa və Estoniya liderləri Türkiyəyə dəstək ifadə ediblər

SONRAKI XƏBƏR

Alimlər siçovullara insan "beyni" köçürdülər, nəticə onları heyrətə gətirdi - MARAQLI...