Medvedçukun həyat yoldaşı "Rosqvardiya" və Rusiya XİN-i maliyyələşdirilməkdə ittiham edilir

Medvedçukun həyat yoldaşı "Rosqvardiya" və Rusiya XİN-i maliyyələşdirilməkdə ittiham edilir<span class="qirmizi"></span>

Medvedçukun həyat yoldaşı "Rosqvardiya" və Rusiya XİN-i maliyyələşdirilməkdə ittiham edilir

"İşğalçı ölkənin xeyrinə edilən ödənişlərin ümumi məbləği bir milyon 240 min dollardan çoxdur..."

"Oksana Marçenkoya məxsus mülklərdə aparılan axtarışlar zamanı qanunsuz fəaliyyətin sübutları aşkar edilib..."

Ukrayna xüsusi xidmət orqanları Medvedçukun həyat yoldaşının mülklərində axtarış aparıb və ağır cinayətin sübutlarını aşkar edib

Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna vətəndaşları tərəfindən Rusiyanın işğalçı qruplaşmalarına gizli maliyyələşmənin miqyaslı sxemini ifşa edib. Sövdələşmənin təşkilində dövlətə xəyanətdə şübhəli bilinən Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun əli var.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat verib. Məlumatı SİTA agentliyi yayıb.

"Məhz o, Kiyev şirkətlər şəbəkəsi və Yaltadakı müəsisənin son benefisiarı olub və milyonlarla vəsaiti Rusiya Qvardiyası və Rusiya DİN-in Krımdakı hesablarına köçürüb.

Müəyyən edilib ki, bu şirkətlər rusiyalılara, guya, Medvedçukun yarımadanın ərazisində daşınmaz əmlakının mühafizəsinə görə ödənilib. Bundan başqa, Marçenkonun biznes-qurumu müntəzəm olaraq Rusiya büdcəsinə "vergilər və rüsumlar" formasında ödənişlər edib.

"İşğalçı ölkənin xeyrinə edilən ödənişlərin ümumi məbləğı 50 milyon qrivendən (1 mln. 240 min $) çoxdur. Bu sxemin gerçəkləşməsi üçün Oksana Marçenko Yaltada Nizamnamə kapitalı 1 milyard rubldan çox (14 mln. $) olan cəmiyyəti qeydiyyatdan keçirib. Onun yaradılması üçün Kiyedə yerləşən və nəzarətində olan üç investisiya şirkətlərinin aktivlərini işə salıb. Sonra "Krım firması" Rosqvardiya və Rusiya XİN-in qurumları ilə müvafiq "mühafizə"sazişləri imzalayıb", - Ukraynanın xüsisi xidmət orqanları məlumat verib.

Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlanandan sonra Marçenkonun şirkəti Rusiya Federasiyasının büdcəsini maliyyələşdirməkdə davam edib.

Medvedçukun həyat yoldaşının daşınmaz əmlakı obyektlərində, onun Kiyev şirkətlərində və top-menecerlərinin evlərində aparılan 11 axtarış zamanı Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları sövdələşmənin sübutları olan sənədlər, kompüterlər, yaddaş kartları və mobil telefonlar aşkar edib. Həmçinin qanunsuz fəaliyyətdə istifadə edilən möhürlər və bank kartları tapılıb.

Ukrayna Təhlükəsizlik Xidməti Marçenkonu və Krımdakı firmanı Ukraynada hakimiyyətin zorla dəyişdirilməsi və ya konstitusiya quruluşunun devrilməsi və ya dövlət hakimiyyətinin ələ keçirilməsi, ərazinin sərhədlərinin və ya dövlət sərhədlərinin dəyişdirilməsi məqsədilə həyata keçirilən maliyyələşmədə şübhəli bilinməsi barədə məlumat verilib. Onları 8 ilədək əmlakları müsadirə edilməklə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Viktor Medvedçuk siysətçi, Putinin "kirvəsidir". O, dövlətə xəyanətdə və "DXR" və "LXR" separatçı təşkilatlara havadarlıq etməkdə şübhəli bilinir. İstintaqın məlumatlarına görə, xalq deputatı kömürün Donbasdan qanunsuz tədarükündə və yaraqlıların maliyyələşməsində əli ola bilər.

Bir neçə ay ərzində Medvedçuk ev dustağı olub. Rusiya qoşunlarının Ukraynaya hərbi müdaxiləsindən sonra o, həbsdən gizlənib. UTX onu yalnız aprelin 12-də saxlayıb. Beş ay həbsdən sonra o, Mariupolun "Azovstal"ın 200 nəfər müdafiəçilərinə dəyişdirilib.

Yanvarın ortalarında Ukrayna hakimiyyəti dörd müxalif siyasətçi, Ali Radanın sabiq deputatları, o cümlədən Viktor Medvedçuku vətəndaşlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Mənbə: moderator.az