Türkiyədə Prezident Administrasiyasının 2 təyyarəsi zəlzələ bölgəsi üçün ayrılıb -FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə zəlzələ bölgəsində axtarış-xilasetmə və tibb işçilərinin daşınması üçün Prezident Administrasiyasına məxsus 2 təyyarə ayrılıb.

Xeberoxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, təyyarələr artıq zəlzələ bölgəsinə göndərilib.

Onlardan biri Adıyaman, digəri isə Kahramanmaraş istiqamətində hərəkət edib.

Bölgəyə gedən təyyarələrdə kardioloqlar, ümumi cərrahlar, ürək-damar cərrahları, neyrocərrahlar, ortopedlər, doğum həkimləri, tibb bacıları və AFAD texniki işçiləri yer alıb.


Xeberoxu.az

ƏVVƏLKİ XƏBƏR

Medvedçukun həyat yoldaşı "Rosqvardiya" və Rusiya XİN-i maliyyələşdirilməkdə ittiham edilir

SONRAKI XƏBƏR

Məşhur serialın aktyoruna AĞIR İTTİHAM: Uşaqlara təcavüz...