Türkiyədə bu şəhərlərə uçuşlar fevralın 13-dək pulsuz olacaq

Türkiyənin “Pegasus” aviaşirkəti fevralın 13-dək Türkiyənin zəlzələdən zərər çəkmiş şəhərlərindən şirkətin bütün daxili uçuşlarının pulsuz olacağını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən məlumatda deyilir.

Söhbət Adana, Diyarbəkir, Elazığ, Kayseri, Malatya və Şanlıurfadan olan uçuşlardan gedir.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ nəticəsində ölənlərin sayının 3549 nəfərə çatdığını bildirib.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

BP-nin illik gəliri iki dəfə artdı

SONRAKI XƏBƏR

"Fənərbağça"nın əcnəbi futbolçusu: "Bir ailənin bütün xərcini öz üzərimı götürürəm" - FOTO