Sosial şəbəkələrdə gündəm olan əfsanəvi maşının sürücüsü haqqında yeni MƏLUMATLAR - YENİLƏNİB - VİDEO

Sosial şəbəkələrdə gündəm olan əfsanəvi maşının sürücüsü haqqında yeni MƏLUMATLAR - <span class="qirmizi">YENİLƏNİB - VİDEO</span>

Bu gün öz köhnə maşını ilə Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım aparan Səlvər Bəşirli ilə bağlı yeni məlumatlar əldə etmişik.

Musavat.com-un əldə etdiyi özəl məlumata görə, bu yardımı Türkiyə üçün Ceyranbatan qəsəbəsində məskunlaşan Laçın elindən olan Mahizər nənə, Zərdə xanım və digər qonşular göndəriblər. Maşının sürücüsü Səlvər Bəşirli isə yardımın çatması üçün kömək edib. O, Laçının Minkənd sakinidir. Sürücü bildirib ki, bu məsələ ilə bağlı mətbuata çıxmaq istəmir. O, bunu Türkiyə üçün etdiyini və qəti şəkildə reklam olunmaq istəmədiyini bildirib.  

***

Bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində qırmızı rəng köhnə maşını ilə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxslə bağlı məlumatlar əldə etmişik.

Musavat.com-un əldə etdiyi məlumata görə, həmin şəxs Səlvər Bəşirlidir. O, qonşuların və digər yardım etmək istəyən şəxslərin yüklərini öz maşını ilə aparıb.

Fotonu isə fotoqraf Elvin Əliyev çəkib.

Musavat.com maşının yüklənmə anından videoları təqdim edir:

Mənbə: www.musavat.com