Malatyada dağıntılar altında qalan azərbaycanlı tələbələrlə bağlı AÇIQLAMA

Malatyada dağıntılar altında qalan azərbaycanlı tələbələrlə bağlı AÇIQLAMA<span class="qirmizi"></span>

Məlumdur ki, episentri Kahramanmaraş olan zəlzələ nəticəsində zərər çəkənlər arasında azərbaycanlılar da var.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı Musavat.com-a bildirib ki, hazırda Malatyada 4 azərbaycanlı tələbənin kirayədə qaldıqları binanın qalıqları qaldırılır:

"Tələbələrdən birinin qardaşı binanın yanındadır, onunla yenə danışdım. Mənə bu dəhşətli şəkli göndərdi və heç bir xəbər yoxdur dedi. Dualarımız onlarladı",- deyə V.Vahidqızı dedi.

Mənbə: www.musavat.com