Malatyada su anbarında zəlzələdən sonra çatlar yarandı: Boşaldılmasına başlanıldı

Malatyada su anbarında zəlzələdən sonra çatlar yarandı: Boşaldılmasına başlanıldı<span class="qirmizi"></span>

Türkiyənin Malatya şəhərində Sultansuyu su anbarında zəlzələdən sonra çatlar əmələ gəlib.

Bu səbəbdən su anbarının boşaldılmasına başlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Malatya bələdiyyəsindən açıqlama verilib.

“Ehtiyat tədbiri kimi Sultansuyu anbarı mərhələli şəkildə boşaldılacaq. Anbarın mənsəb hissəsində olan vətəndaşlara diqqətli olmalarını tövsiyə edirik. Digər anbarlarımızda hər hansı problem müşahidə olunmur”, - deyə açıqlamada bildirilib.

Muğla Sıtkı Koçman Universitetinin Mühəndislik fakültəsinin dosenti Ceyhun Özçelik anbarda yaranmış çatların ciddi əhəmiyyət daşıdığını qeyd edib.

“Fevralın 6-da Şərqi Anadolu qırılma xətti üzərində meydana gələn zəlzələlər nəticəsində bu bölgələrdə çoxlu can və mal itkisi yaşandı. Ən vacib məsələlərdən biri də bu bölgədə olan su anbarlarıdır. Bölgədə içməli su, suvarma və enerji məqsədləri üçün çox sayda bəndlər var. Bəndlərin əksəriyyətində ciddi problem olmasa da, içində olduğumuz Sultansuyu bəndinə ciddi şəkildə ziyan dəyib”, - deyə o bildirib.

“Buna görə də səlahiyyətli orqanlar ehtiyat tədbiri kimi anbarlardakı suyun boşaldılmasına başlayıb. Sevindirici haldır ki, su anbarı tam olaraq dolu deyil. Anbarda suyun səviyyəsi hazırda metr yarım aşağı düşüb. Düşünürəm ki, aparılacaq təhlillər və müayinələr nəticəsində bəndin təmir olunmasına və ya sökülməsinə qərar veriləcək”, - deyə o əlavə edib.

Mənbə: www.unikal.org