4 günlük iş həftəsi ilə bağlı nəticələr açıqlandı

4 günlük iş həftəsi ilə bağlı nəticələr açıqlandı

“The Guardian” qəzetində yayımlanan məqalədə Böyük Britaniyada keçirilən dünyanın ən böyük 4 günlük iş həftəsi sınağının nəticələri açıqlanıb.

Bununla bağlı Dövlət Məşğulluq Agentliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Belə ki, Böyük Britaniyada 61 şirkət və 2900-ə yaxın əməkdaşın iştirak etdiyi 4 günlük iş həftəsinin tətbiqi ilə bağlı sınaq başa çatıb. İştirakçı şirkətlərin 92%-i 4 günlük iş həftəsinin olmasına müsbət yanaşıb, 18 şirkət isə artıq bu rejimə keçib.

Sınaqda iştirak edən əməkdaşların 96%-i şəxsi həyatlarının müsbətə doğru dəyişdiyini, 86%-i işdə daha yaxşı performans göstərdiklərini, 38%-i tapşırıqları vaxtında və səmərəli icra etdiklərini, 24%-i isə özlərinə daha çox vaxt ayıra bildiyini bildirib.

Bu sınaq təkcə biznes performansı və məhsuldarlığa deyil, işçilərdə stres, tükənmişlik hissi və kadr dəyişikliyinin azalmasına, daha yaxşı iş-həyat balansına müsbət təsir edib.





Mənbə: qafqazinfo.az