Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinə təyin olunacaq rektorun hansı keyfiyyətlərə malik olması ilə bağlı sualı cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, rektor Prezident İlham Əliyev tərəfindən təyin olunacaq: “Onda hansı keyfiyyətlərin olmasına gəlincə, biz istəyirik ki, sistem aşağıdan yuxarıya doğru qurulsun. Fakültələrdə akademik muxrariyyət olsun. İstəyərdik ki, rektor daha çox vizionu olan şəxs olsun”.
Gülnar Əliyeva
Mənbə: qafqazinfo.az