Məktəblərdə imtahanların sayı azaldıla bilər

Məktəblərdə imtahanların sayı azaldıla bilər

 

“Hesab edirəm ki, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir.

Qeyd edək ki, orta məktəblərdə şagirdlərin bilik və bacarıqlarının yoxlanılması üçün vaxtaşırı olaraq qiymətləndirmə imtahanları - BSQ və KSQ-lər keçirilir.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az