Elm və təhsil naziri Emin Əmrullayev orta məktəblərdə idman dərslərinin keçilməməsi ilə bağlı sualı cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, nazir bu barədə bu gün keçirdiyi brifinqdə deyib.
“Bəzi şəxslər hesab edirlər ki, uşaq riyaziyyatı yaxşı oxuyursa, idmanı etməsə də olar. İstisna etmirik ki, belə hallar var. Lakin konkret bu cür fakt varsa, müraciət olunsun və araşdırılsın”.
Gülnar Əliyeva
Mənbə: qafqazinfo.az