Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Bakupost.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb.
Əmrə əsasən, Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri Rəşad Vilayət oğlu İsmayılov işdən azad olunub.
Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq şöbənin məsləhətçisi Seyidov Məhəmməd Eldar oğluna həvalə edilib.
Mənbə: www.bakupost.az