32 ildən sonra Laçında ilk toy - VİDEO

32 ildən sonra Laçında ilk toy -

Laçının Zabux kəndində 32 ildən sonra ilk dəfə toy mərasimi təşkil olunub.

Bu barədə aktyor Elşən Orucov sosial media hesabında paylaşım edib.

Məlumata görə, mərasimdə Əməkdar artist Ehtiram Hüseynov və müğənni Elçin Cəfərov da iştirak ediblər.

Qeyd edək ki, yenidən qurulan Zabuxda hazırda 797 sakin yaşayır.

Mənbə: publika.az