Bəxtiyar Hacıyevin yazdığı iddia edilən əfv ərizəsi yayılıb - FOTO

Sosial şəbəkələrdə hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin yazdığı iddia olunan ərizənin fotosu yayılıb.

Musavat.com xəbər verir ki, Bəxtiyar Hacıyevin adından yazılan ərizə ölkə Prezidenti İlham Əliyevə ünvanlanıb. Mətndə Bəxtiyar Hacıyev aşağıdakıları qeyd edib:

"Hörmətli cənab Prezident,

09 dekabr 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2 və 289.1-ci maddələri ilə ittiham olunaraq həbs edilmişəm və bu günə qədər həbsdə saxlanılıram. 

Həbsdən azad olunmağım üçün kömək etməyinizi xahiş edirəm.

Hacıyev Bəxtiyar İlyas oğlu,

10.03.2023-cü il".

Onu da qeyd edək ki, yazılan məlumatlara görə vəkillərindən biri müraciətin Bəxtiyar Hacıyevə məxsus olduğunu təsdiqləyib. 

Məlumat üçün bildirək ki, Bəxtiyar Hacıyevlə bağlı ötən il dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri aprelin 28-dək uzadılıb.

 WhatsApp Image 2023-03-18 at 22.11.33.jpeg (71 KB)

Musavat.com

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı məşhurun Bankda 400 mini batıb: Biraz qızılımız qalmışdı, onu da... - FOTO

SONRAKI XƏBƏR

"Boccia idman növü üzrə Heydər Əliyev turniri"nin qalibləri təltif olunublar