Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir

Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir<span class="qirmizi"></span>

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus maşın karvanı maneəsiz keçid edib.

BQXK-yə məxsus 5 minik, 5 yük avtomobillindən ibarət karvan Xankəndindən gəlib, Laçın istiqamətinə gedib.

Minik avtomobillərində erməni əsilli sakinlər olub.

Mənbə: apa.az