"Bunu həyat formuluna çevirin ki, böyümə hədəfinizdən sizləri yayındıra bilməsinlər..."

"Bunu həyat formuluna çevirin ki, böyümə hədəfinizdən sizləri yayındıra bilməsinlər..."<span class="qirmizi"></span>

"Bunu həyat formuluna çevirin ki, böyümə hədəfinizdən sizləri yayındıra bilməsinlər..."

Bəşər tarixinin gəlib-keçmiş ən böyük mütəfəkkirlərindən olan Höte öz əleyhdarlarını 5 qrupa bölürdü:

1) Səfehliyə görə. Buna görə kimsəni qınamıram, çün ki mənim nə yaratdığımı anlamırlar.

2) Paxıllığa görə. Onlar mənim öz istedadımla qalxdı ğım mövqedə xoşbəxtlik haqqımı tanımayanlardır. Mən qəfildən bədbəxt və yoxsul olsam, onlar məni zəhər ləməkdən əl çəkəcəklər.

3) Öz uğursuzluqlarına görə mənim əleyhdarlarıma çevrilənlər. Onların içində istedadlılar var, düşünürlər ki, qarşılarını kəsən mənəm.

4) Əleyhdarım olmağa əsası olanlar. Mən həmişə yeniləşməyə çalışdım, səhvlərimi düzəldib öz təbiətimi təkmilləşdirməyə üstünlük verdim. Mən onlardan neçə mil öndə olduğuma görə onlar məni atəşləri ilə yaralaya bilmədilər. Mən onlarla deyil, hər zaman yeniliklərlə məşğul oldum.

5) Düşüncə obrazıma və görüşlərimə görə mənə əks olan çox sayda əleyhdar. Mənim əsas uğurum öz hədəflərimlə məşğul olmaqdan qaynaqlanır, çalışıram ki, əleyhdarlarıma diqqət yetirməyəm.

Yuxarıdakı bu müdhiş təsnifatı dönə-dönə oxuyun və çevrənizdə sizin əleyhinizə fəaliyyət göstərən məxluqların obrazlarını bircə-bircə göz önünə gətirin. Bu 5 şkalada hər kəsin yerini görəcəksiniz. Ona görə də Hötenin tövsiyəsindəki bu məqama xüsusi diqqət yetirin: əleyhdarlarınıza deyil, öz hədəflərinizə diqəti yönəldin.

"Mən onlarla deyil, hər zaman yeniliklərlə məşğul oldum!" Nə qədər möhtəşəm bir ifadə! Yaddaşınıza yazın, həyat formuluna çevirin ki, böyümə hədəfinizdən sizləri yayındıra bilməsinlər!

Mənbə: moderator.az