Aşpaz Abbas aş asmış... - Şuşadan fotosessiya

Şuşada ekofəallar üçün təşkil olunan Novruz bayramı ilə bağlı şənlik davam edir.

“Qafqazinfo”nun məlumatına görə, aksiyanın 100-cu günündə Xankəndi-Laçın yolunun Şuşa ərazisində keçən hissəsində bayram aşı qazanları asılıb.

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbilə aksiya keçirən ekofəallar bayram aşına qonaq edilib, milli mətbəximizdən təamlardan dadıblar.

Bundan başqa, ekofəalların hər birinə bayram hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Novruz şənliyi konsert proqramı ilə davam etdiriləcək. Bayram münasibətilə təşkil olunacaq konsert proqramında Xalq artisti Röya Ayxan, müğənnilər Hiss, Nuri Sərinləndirici çıxış edəcəklər.













Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

İran xarici işlər nazirinin müavini Ermənistana səfər edəcək

SONRAKI XƏBƏR

Beş minədək eksponatı olan kənd muzeyi