AZAL Hava Konserni tərəfindən tikilən eyniadlı stadion satılıb.
Bu barədə Sportinfo.az-a məlumat daxil olub. Redaksiyamıza verilən informasiyaya görə, 11 il öncə istifadəyə verilən idman qurğusu artıq konsernin balansından çıxarılıb. Alqı-satqı əməliyyatının 6 milyon manata başa gəldiyi bildirilir.
“AZAL Arena” bir neçə il idi ki, boş qalmışdı. AZAL FK və “Şüvəlan”ın dağılmasından sonra stadionun qapıları hər kəsin üzünə bağlanmışdı.