Klinika Saakaşvilinin müalicəsindən imtina etmək istəyir

Klinika Saakaşvilinin müalicəsindən imtina etmək istəyir<span class="qirmizi"></span>

Bu arada Gürcüstandakı “Vivamed” klinikası, keçmiş prezident Mixail Saakaşvilinin orada qalmasının məqsədəuyğunluğuna şübhə etdiyini və bu məsələ ilə penitensiar xidmətə müraciət etmək niyyətində olduğunu bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Novosti-Georgia” agentliyi yazır.

Klinikanın bəyanatında deyilir ki, Saakaşvili yalnız istənilən başqa tibb müəssisəsində ala biləcəyi simptomatik müalicəyə razıdır və tibb işçilərinə etimad göstərmir.

Qeyd edək ki, “Vivamed” klinikası rəhbərliyi keçən ilin oktyabrından sonra xəstənin təklif olunan müalicə kursundan imtina etdiyini bildirir.

Maraqlıdır ki, Saakaşvilinin vəkili onun ötən may ayından qaldığı klinikanın açıqlamasını “anlaşılmaz” adlandırıb. “Bu nə deməkdir - onu başqa bir müəssisəyə aparın, bura haradadır?”-deyə soruşan vəkil Xaçapuridze, bu, onun vəziyyətində ölüm hökmü olacağını bildirib.

Yeri gəlmişkən Saakaşvilinin ailəsi bu həftə onun çəkisinin 62 kiloqrama düşdüyünü bildirib.

Daha əvvəl Xalq Müdafiəçisi yanında həkimlər şurası 52-53 kq çəkidə vəziyyətin dönməz xarakter alacağı barədə xəbərdarlıq ediblər.

Saakaşvilinin anası Giuli Alasania, oğlunun bədəni artıq yeməyi qəbul etmədiyini, yeməyi ancaq kişik hissələrlə qəbul etdiyini bildirib.

 

Mənbə: sia.az