"Təzadlıdır, amma Ukraynada savaş aparan Rusiya meyit qıtlığı ilə üzləşib..."

"Təzadlıdır, amma Ukraynada savaş aparan Rusiya meyit qıtlığı ilə üzləşib..."<span class="qirmizi"></span>

"Rusiyada təlim üçün kadaverlər tükəndiyindən həkimlər Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyəyə kurslara getməyə məcburdur..."

Rusiyada "meyit aclığı" başlayıb. Qərbin sanksiyaları səbəbindən Rusiya həkimlərinə yarılma və elmi öyərnilmə üçün ölənlərin cəsədləri-kadaverlər çatışmır.

Moderator.az xəbər verir ki, bu barədə "Baza" nəşri yazıb. Məlumatı "Moskovskiy komsomolerts" yayıb.

Məlumatda deyilir ki, Rusiyada öz bədənini elmə vəsiyyət etmək çox çətindir, ona görə də Ukraynada müharibədən öncə tibbi heyətin təlimi üçün material ABŞ-dan gətirilib. Lakin hərbi müdaxilədən sonra belə tədarük dayandırılıb.

Bir il ərzində yeni tədarükçü tapmaq mümkün olmayıb. Bu da, əsasən, hələ də Rusiya üçün "dost" olan dövlətlərdə dini məhdudiyyətlərə görə belə olub. O cümlədən müsəlman ölkələrində və Hindistanda ölənlərlə hər hansı manipulyasiyalar qadağandır.

Özəl anatomiya laboratoriyasının rəhbəri Aleksey İvanov "Baza"ya söyləyib ki, kadaver-kursları müəllimlərinin materialı tükənib. İndi Rusiya həkimləri Ermənistan, Gürcüstan, Azərbaycan və Türkiyəyə getməyə və orada kursları ziyarət etməyə məcburdur.

Ekspertlərin sözlərinə görə, həkimlər üçün müxtəlif trenajorlar nə qədər mükəmməl olsa da, heç nə gerçək biomaterialla işi əvəz edə bilməz. Cərrahi müdaxiləni mənimsəmək üçün canlılarda olduğu kimi saxlanılan toxumalarının fiziki xüsusiyyətlərini anlamaq gərəkdir. Vərdişlərin yaranması üçün ən yaxşı material təzə meyit materialıdır.

Həkimlər meyitlər üzərində mürəkkəb cərrahi manipulyasiyalar edir, belə təcrübə gələcəkdə yüz minlərlə insan həyatını xilas etməyə kömək edir. Ona görə də tələbələrin və praktiki həkimlərin ixtisasının artırılması üçün kadaver-kurslar zəruridir.

Mənbə: moderator.az