ABŞ Belarusun bir sıra fiziki və hüquqi şəxslərinə, “BelAZ” və “Minsk Avtomobil Zavodun”a (MAZ) qarşı sanksiyalar tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, Belarus Mərkəzi Seçki Komissiyasının katibi Yelena Baldovskaya da sanksiyaya məruz qalanlar siyahısına daxil edilib.