Belarusda dövlətə xəyanətə görə ölüm cəzası nəzərdə tutan qanun qüvvəyə minib

Belarusda dövlətə xəyanətə görə ölüm cəzası nəzərdə tutan qanun qüvvəyə minib<span class="qirmizi"></span>

Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzası nəzərdə tutan qanun qüvvəyə minib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Nazirlər Şurası 2022-ci il oktyabrın sonunda Belarus Milli Assambleyasının Nümayəndələr Palatasına (aşağı palata) cinayət qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Qanun dekabrın əvvəlində birinci oxunuşda, 2023-cü il fevralın sonunda isə ikinci oxunuşda qəbul edilib.

Fevralın sonunda sənədi Respublika Şurası (yuxarı palata), martın 9-da isə prezident Aleksandr Lukaşenko imzalayıb.

Normativ akt martın 14-də Milli Hüquq İnternet Portalında dərc edilib, 10 gün sonra qüvvəyə minib.

Qanunla Belarus Cinayət Məcəlləsinin (CM) 356-cı maddəsinin 2-ci hissəsinə “Dövlətə xəyanət” dəyişiklik edilir. O, dövlət vəzifəsini tutan vəzifəli şəxs tərəfindən dövlətə xəyanətə görə ömürlük azadlıqdan məhrum etmə və ya ölüm cəzası növündə cəzanın tətbiqi imkanını nəzərdə tutur.

Mənbə: apa.az