Zəlzələ bölgəsində sabahdan tədris qismən bərpa olunur

Zəlzələ bölgəsində sabahdan tədris qismən bərpa olunur<span class="qirmizi"></span>

Türkiyənin zəlzələ bölgəsində sabahdan tədris prosesi qismən bərpa olunur.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, zəlzələnin dağıntılar və insan tələfatı törətdiyi vilayətlərdən biri olan Malatyanın 8 rayonunda sabah məktəblər açılacaq. Belə ki, vilayətin Arapgir, Arquvan, Hekimhan, Pütürge, Doğanyol, Kale, Yazıhan və Darende rayonlarında sabahdan tədris prosesinə start veriləcək.

Digər bölgələrlə bağlı məlumat yoxdur.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.

Mənbə: moderator.az