Quraqlığa fransızsayağı çarə: Yağış duası...

Quraqlığa fransızsayağı çarə: Yağış duası...<span class="qirmizi"></span>

Fransa tarixinin ən quraq dövrünü yaşayır.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, son 1 ayda ölkəyə demək olar yağıntı düşməyib.

Şərqi Pireney departamentində su ilə bağlı məhdudiyyətlər yaydakından fərqlənmir. Çıxış yolu kimi üzümçülər yağış duası üçün kilsəyə müraciət ediblər.

Kilsə də təklifə müsbət cavab verib. Martın 18-də kilsədəki müqəddəslərdən birinin heykəli çayın sahilinə gətirilərək ayin icra olunacaq.

Qeyd edək ki, departamentdə oxşar dini ayin sonuncu dəfə 150 il əvvəl icra olunub.

 

Mənbə: news.milli.az