Laçından Xankəndiyə gedən torpaq yoldan yeni görüntülər - VİDEO

Laçından Xankəndiyə gedən torpaq yoldan yeni görüntülər - <span class="qirmizi">VİDEO</span>

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında post qurub və nəticədə ermənilər tərəfindən qeyri-qanuni daşınmanın qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Telegram kanallarında görüntülər yer alıb.

Videoda Azərbaycan Ordusunun hərbçiləri topraq yolda növbə çəkirlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 25 mart tarixində Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib.
 

Mənbə: bizim.media