Portuqaliya məktəblərində korrupsiyaya qarşı mübarizə fənni keçiriləcək

Portuqaliya məktəblərində korrupsiyaya qarşı mübarizə fənni keçiriləcək<span class="qirmizi"></span>

“Korrupsiyanın qarşısının alınması” üzrə seçmə kurs Portuqaliyanın məktəb kurikulumuna daxil ediləcək.

Məlumata görə, indiyədək bu cür kursların tədrisi yalnız ali məktəblərdə həyata keçirilib.

Xatırladaq ki, Portuqaliya hökuməti 2020-ci ildən 2024-cü ilə qədər olan dövr üçün milli antikorrupsiya strategiyasını öz prioriteti hesab edir. Ölkənin səlahiyyətli orqanları bu mövzuda bilik və təlim səviyyəsini artırmağı hədəfləyir.

 

Mənbə: www.oxu.az