Baş Prokurorluq Zaqatalada konfrans təşkil edəcək

Baş Prokurorluq Zaqatalada konfrans təşkil edəcək<span class="qirmizi"></span>

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aprelin 4-də Zaqatalada qurumun mərkəzi aparatı və ətraf region prokurorluqlarının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə geniş konfrans təşkil ediləcək.

"Report" xəbər verir ki, yüksək səviyyəli konfransda regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba və Bərdə şəhərlərində də regional konfranslar təşkil olunub.

Mənbə: report.az