Almaniyada son 30 ilin ən irimiqyaslı xəbərdarlıq tətili keçirilir

Martın 27-də Almaniyada nəqliyyat işçilərinin son 30 ilin ən irimiqyaslı xəbərdarlıq tətili başlayıb.

“Report” xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Bildirilib ki, tətil “EVG” Dəmiryolçuların Həmkarlar İttifaqı və “Verdi” Həmkarlar İttifaqının təşəbbüsü ilə keçirilir. Xəbərdarlıq xarakterli etiraz aksiyası 24 saat davam edəcək. Bu, ölkə ərazisində bir çox nəqliyyat vasitələrinin fəaliyyətinə təsir göstərəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Hulusi Akar: Zəlzələdən sonra 60 min suriyalı ölkəsinə qayıdıb

SONRAKI XƏBƏR

“PASHA Holding”in əməkdaşı nazir müavini təyin edildi – DOSYE