Cəlilabadda 3 otaqlı ev tamamilə YANDI - FOTO

Cəlilabadda 3 otaqlı ev tamamilə YANDI - FOTO<span class="qirmizi"></span>

 

Cəlilabad rayonunda evdə yanğın baş verib.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində, 1960-ci il təvəllüdlü Gülzar Ağamalıyeva məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 153 kvadratmetr olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Lakin ev tamamilə yanıb. Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 

Mənbə: bizim.media