Piratlar Qvineya körfəzində Danimarkanın tankerini qaçırıblar

Piratlar Qvineya körfəzində Danimarkanın tankerini qaçırıblar<span class="qirmizi"></span>

Piratlar (dəniz quldurları) Qvineya körfəzində Danimarkanın Monjasa şirkətinə məxsus tankeri ələ keçiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu xəbəri okeanlarda gəmilərin hərəkətini izləyən “Trade Winds” portalı yayıb

Liberiya bayrağı altında üzən gəmi martın 25-də axşam saatlarında Konqo Respublikasının cənub sahilindəki Pointe-Noire limanından 260 km aralıda ələ keçirilib. Gəmidə dizel yanacağı olub.

Öz növbəsində gəminin sahibi olan şirkət ələ keçirilən zaman tankerdə 16 ekipaj üzvünün olduğunu bildirib.

Qeyd edilir ki, dənizçilər qorunan əraziyə sığınmağa müvəffəq oldular və indi onların həyatları üçün təhlükə yoxdur.

Şirkət sahilyanı ölkələrin hakimiyyət orqanları, eləcə də maraqlı dövlətlərin donanmalarının bir sıra gəmiləri ilə əlaqə saxladığını bildirib.

Deyilənlərə görə, fransız gəmilərinin tankerin sürükləndiyi əraziyə doğru getdiyinə dair sübutlar var.

Yeri gəlmişkən, Afrikanın sahilyanı ölkələri son iki ildə Qvineya körfəzində təhlükəsiz naviqasiyanı təmin etmək üçün əhəmiyyətli səylər göstəriblər. Buna baxmayaraq, dəniz quldurları təhlükəsi səbəbindən Dünya Okeanının təhlükəli zonası olaraq qalır. Beynəlxalq Dəniz Bürosu qeyd edir ki, keçən il Qvineya körfəzində 19 pirat hadisəsi baş verib, 2021-ci ildə bu rəqəm 35, 2020-ci ildə isə 84 olub.

Əli Babayev

Mənbə: sia.az