Sahibə Qafarova Fazil Mustafanın ailəsi ilə əlaqə saxlayıb

Sahibə Qafarova Fazil Mustafanın ailəsi ilə əlaqə saxlayıb<span class="qirmizi"></span>

Hazırda BMT Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli iclasda iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova hadisə ilə bağlı məlumat aldıqdan sonra Fazil Mustafanın ailəsi ilə əlaqə saxlayıb, onun vəziyyəti ilə maraqlanıb.

Bu barədə "Qafqazinfo"ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

 

Mənbə: qafqazinfo.az