Sui-qəsd olayı Prezidentin nəzarətindədir - Paşayeva

Sui-qəsd olayı Prezidentin nəzarətindədir - Paşayeva<span class="qirmizi"></span>

Terror aktı və deputat Fazil Mustafanın həyatına sui-qəsdlə bağlı vəziyyət dövlət başçısının birbaşa nəzarətindədir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva mediaya açıqlamasında qeyd edib.

Millət vəkili cərrahi əməliyyatın uğurla başa çatdığını, Fazil Mustafanın həyati təhlükəsinin olmadığını da əlavə edib.

Mənbə: axar.az