İtaliyada sünii ət qadağan edildi - SƏBƏB

İtaliyada sünii ət qadağan edildi - SƏBƏB<span class="qirmizi"></span>

İtaliya hökumətinin qərarı ilə ölkəyə sünii ətin idxalı və ya ölkədə hazırlanması qadağan edilib.

Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, qərarı Nazirlər Şurası verib.

Paralel olaraq ölkədə bütün sintetik qidaların satışı qadağan edilib. Nazirlər Şurasının qərarında bildirilir ki, sünii qidaların insan orqanizminə zərər verməməsinə dair heç bir elmi sübut yoxdur.

Qanunun qüvvəyə minməsi üçün parlament tərəfindən təsdiq edilməlidir.

Mənbə: lent.az