"Fazil Mustafaya sui-qəsd törədən şəxslər tezliklə tapılacaq"

"Fazil Mustafaya sui-qəsd törədən şəxslər tezliklə tapılacaq"<span class="qirmizi"></span>

Fazil Mustafa həmişə müstəqil mövqeyi ilə fərqlənən bir millət vəkilidir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, o həmişə dövlətçi və obyektiv fikirlərini təqdim edən şəxs kimi tanınıb: "Bu gün Kliniki Tibbi Mərkəzə toplaşan deputatlarla yanaşı çoxlu sayda ictimaiyyət nümayəndələri, Fazil bəyin seçiciləri var, ona dəstək nümayiş etdirirlər. Bu həm də ondan xəbər verir ki, Fazil bəyə qarşı olan sui-qəsd cəmiyyət tərəfindən rədd edilir. Onun fikirlərini bölüşənlər bu gün burdadır. Bu məsələ diqqət mərkəzindədir. Hadisəni törədən şəxslər tezliklə tapılacaq və məsələyə hüquqi qiymət veriləcək".

Xatırladaq ki, martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq - mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

Milli.Az

Mənbə: news.milli.az