Ankaraya yaz günü qar yağır - VİDEO

Türkiyənin paytaxtı Ankaraya qar yağır.

Dikmen və İncek kimi ərazilərdə daha güclü yağan qar avtomobillərin üzərini, yolları tamamilə örtüb.

Bələdiyyə işçiləri nəqliyyatın işində gecikmələr olmaması üçün çalışırlar.

Gün boyu qar yağacağı gözlənilir.

Qeyd edək ki, Türkiyənin bir çox vilayətlərində havanın kəskin dəyişəcəyi, güclü külək və uçqunların baş verəcəyi ilə bağlı ehtiyatlı olmaları üçün insanlara xəbərdarlıq edilib.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ bölgədə təşəbbüsü ələ almağa çalışır?

SONRAKI XƏBƏR

"Məni döyüb Polad Həşimovun əleyhinə ifadə verməyi tələb etdilər" - Polkovnik