15 aylıq körpənin başından aşağı qaynar su tökülüb: Anası yemək almağa pul tapmır - FOTO

15 aylıq körpənin başından aşağı qaynar su tökülüb: Anası yemək almağa pul tapmır - FOTO<span class="qirmizi"></span>

16.12.2021-ci il təvəllüdlü Məmmədova Fatimə Elsevər qızı ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Məmmədova Lamiyə məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, qızının başından aşağı qaynar su dolu çaydan aşıb:

“Hadisə ötən şənbə baş verib. Hazırda xəstəxanalardan birində müalicə alırıq. Maddi durumum çox ağırdır. Aptekə borcum yaranıb. Onu belə ödəyə bilmirəm. Yemək almaqda çətinlik çəkirəm. Övladımın vəziyyətinin dərdi bir kənara qalıb, onun dərmanlarını necə alacağımı düşünməkdən artıq tükənmişəm. Xəstəxanada bir nəfərdən 100 manat borc almışam ki, gündəlik ehtiyacımızı qarşılaya bilim. Balam ağrılarına görə çox əziyyət çəkir. Qızımın müalicəsi üçün 1700 manat lazımdır”.

Qeyd edək ki, valideyn Gürcüstan vətəndaşı olduğu üçün yardım kartı bacısının adınadır.

Əlaqə nömrəsi: 0503729123

Mənbə: www.oxu.az